WOW
WOW

“Tamaşaçıların arasına zala getməyi öyrəndilər”

“Tamaşaçıların arasına zala getməyi öyrəndilər”

Xalq artisti Brilliant Dadaşova növbəti açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi ilklərə imza atmağından “Söz Baz” verilişində danışıb.

“Flora Kərimova, Zeynəb Xanlarova, Şövkət Ələkbərovadan sonra 20 il boşluq idi. O dühalardan sonra birinci mən çıxdım. Səhnədə tamaşaçılara “canımsan”, “ürəyimsən” deməyi məndən öyrəndilər. Tamaşaçıların arasına zala getməyi öyrəndilər. Rejissorlar zala getmək olmaz desələr də, mən 30-cu sıraya qədər getmişəm. Bunu birinci mən etmişəm. Bunları məndən sonrakı şou-biznes əhlinə mən öyrətmişəm. Öyrəndiklərini danmasınlar” - deyə, bildirib.