WOW
WOW

Rihannaya “Milli Qəhrəman” medalı təqdim olundu

Rihannaya “Milli Qəhrəman” medalı təqdim olundu

Dunyaca məşhur müğənni Rihannaya “Milli Qəhrəman” medalı təqdim edilib.  

OLAY yazır ki, sənətçiyə Barbadosun paytaxtı Brictaundakı Qızıl Meydan -Azadlıq Parkında keçirilən milli qürur mərasimi və müstəqillik günündə sözügedən nişan verilib.

Pop ulduza medalı yeni müstəqillik əldə edən ölkənin ilk prezidenti Dame Sandra Mason təqdim edib. 

33 yaşlı sənətçi mərasimində çıxışı zamanı bildirib: “Barbadoslar qürurlu insanlardır, bilirsinizmi? Yəqin ki, biz, tanıdığım ən qürurlu insanlarıq. Dünyanın harasına getsəm, bu qüruru daşıyacam. Bu, ömrümün sonuna qədər unuda bilməyəcəyim bir gündür. Həm də olacağını heç düşünmədiyim bir tarixdir”.