Repertuarında yaxşı yöndə yeniliklər etməyə çalışan müğənni Türkan Vəlizadə Ramal İsrafilovla iş birliyi edib.
OLAY yazır ki, o, sözü və musiqisi Ramala aid olan “Sevgilim” mahnısını izləyiciləri ilə bölüşüb. Mahnıda yer alan İsrafilov, klipdə də Türkana yoldaşlıq edib.
Ekran işini Xəyal Hüseyn ərsəyə gətirib.
Qeyd edək ki, Vəlizadə dəvət aldığı efirlərdə də klassik və bəstəkar mahnılarımızı ifa edir, yeni layihələrində də keyfiyyətli məzmunlar üzərində çalışacağını bildirir