Xalq artisti Röya Ayxan həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edəcək.
OLAY yazır ki, bu barədə o, musavat.com-a açıqlamasında deyib:
“Aygün xanımın mahnısını oxuyacağam, inşallah, ad gününə çatdıraram”.
O, duet də planlaşdırdıqlarını söyləyib:
“Çox arzulayırıq ki, birlikdə layihəmiz olsun. Bütün bəstəkarlardan mahnı gözləyirik. Mahnını oxuyanda deməməlidilər ki, küsmüşdülər, barışdılar və dostluqdan oxuyurlar. Biz sevgidən oxumalıyıq. İkimiz də güclü qadınıq. Mahnı üçüncü şəxsə aid olmalıdır”.