Aparıcı Zaur Kamalın oğlu Bartu Kamal ünvanına səsləndirilən tənqidi fikirlərə münasibət bildirib.
OLAY hərbi xidmətə getməməsinin səbəbini açıqlayıb:
“Bəzi “ağıllı” kəslərin diqqətinə çatdırıram ki, 18-19 yaşın tamam olması mütləq həmin an hərbi xidmətə yollanmalısan demək deyil. Mən ali təhsil almaq hüququmdan istifadə edərək universitetə qəbul olmuşam. Təhsilimi uğurla başa vurduqdan sonra vətən qarşısındakı borcumu da yerinə yetirəcəyəm. Bir az geniş düşünməyi öyrənin; ali savad hər bir gənc üçün vacibdir. Narahat olmayın, hər şeyin öz vaxtı var”.
Bartu insanların onu mühakimə etməsinə sərt reaksiya verib:
“Boşuna deməyiblər ki, oğru elə bilir, hamı oğrudur, savadsız da elə bilir, hamı savadsızdır. İnsan özündə nə çatışmırsa, başqasını da o tərəzidə çəkir. Mənim hədəflərim və təhsilim sizin dar düşüncənizə sığmırsa, bu artıq sizin probleminizdir!”.
Qeyd edək ki, Bartu Kamal 2024-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. O, hazırda atası Zaur Kamalla "Həmin Zaur" verilişində aparıcılıq edir.