Roma Papası XIV Leoniyə ağciyər xərçəngi diaqnozu qoyulub.

OLAY yazır ki, XIV Leoniyə tibbi müayinə zamanı sağ ağciyərində kiçik törəmə aşkarlandıqdan sonra Romadakı Cemelli xəstəxanasında əməliyyat olunub. Törəmə erkən mərhələdə müəyyən edilib və həkimlər cərrahi müdaxiləni tövsiyə ediblər.

Əməliyyat zamanı götürülən toxuma nümunələrinin laborator müayinəsi nəticəsində ağciyər adenokarsinoması təsdiqlənib.

Pontifikin şəxsi həkimi Luici Karbone və cərrahi briqadanın rəhbəri Stefano Marqaritoranın sözlərinə görə, əməliyyat uğurla başa çatıb və heç bir fəsad qeydə alınmayıb. XIV Leoniyə təxminən üç saat əməliyyat blokunda nəzarət edilib, cərrahi müdaxilənin özü isə bir saat yarım davam edib.

Qısa müddət müşahidə altında saxlanıldıqdan sonra özünə gələn Roma Papası palataya köçürülüb.

Roma Papasına xərçəng diaqnozu qoyuldu