“Miami Vice 85” serialının çəkiliş meydançasından ilk fotolar yayımlanıb.
OLAY yazır ki, yeni serialın baş qəhrəmanı detektiv “Ceyms “Sonni” Kroket” rolunu Ostin Batler canlandıracaq. 35 yaşlı aktyor Nyu-Cersi ştatının Ueyn şəhərində yerləşən “Jerry’s Liquor” mağazasında çəkiliş zamanı görüntülənib. O, açıq mavi köynək və ağ şalvar geyinib.
Ostin çəkiliş meydançasında Denni Ramires və Dominik Sessanın müşayiəti ilə görüntülənib.