Reper Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbs cəzasına məhkum edilib.

OLAY yazır ki, ABŞ məhkəməsi 1996-cı ildə amerikalı reper Tupak Şakurun qətlini təşkil etməkdə təqsirli bilinən, “Compton Crips” dəstəsinin keçmiş lideri, 63 yaşlı Dueyn Kit Devisə ömürlük həbs cəzası verib.

Məhkəmənin qərarına əsasən, Devis 40 illik həbs müddətini başa vurduqdan sonra şərti azadlığa buraxılması üçün müraciət etmək hüququ qazanacaq. Lakin bu, onun mütləq azad ediləcəyi demək deyil. Beləliklə, o, ömrünün qalan hissəsini həbsxanada keçirə bilər. Həmçinin məhkumun indiyədək həbsdə keçirdiyi 731 gün cəza müddətindən çıxılacaq.

İttiham tərəfinin versiyasına görə, Devis Tupak Şakura qarşı hücumun təşkilində iştirak edib. Hücumun səbəbi reperin ətrafı ilə Devisin bacısı oğlu Orlando Anderson arasında baş vermiş dava olub.

Tupakın qatili ömürlük həbs cəzası aldı