60 yaşlı keçmiş model Sindi Krouford və 64 yaşlı həyat yoldaşı Rendi Gerber 27 yaşlı oğulları Presli Gerberin ölümündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.

OLAY yazır ki, cütlük Malibuda gəzinti zamanı paparatsiyaların obyektivinə tuş gəlib.

Supermodel və həyat yoldaşı çimərlik boyunca əl-ələ gəziblər. Onlar ağ üst geyimlərdən ibarət idman üslubuna üstünlük verib və kepka taxıblar. Krouford həmçinin gün eynəyi də taxıb.

Xatırladaq ki, sentyabrın 20-də supermodel Sindi Krouford və iş adamı Rendi Gerberin oğlu Presli Los-Ancelesdəki reabilitasiya mərkəzində vəfat edib.

Oğul itkisindən sonra ilk dəfə görüntüləndilər Oğul itkisindən sonra ilk dəfə görüntüləndilər Oğul itkisindən sonra ilk dəfə görüntüləndilər Oğul itkisindən sonra ilk dəfə görüntüləndilər