“Qarabağ” Futbol Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev işindən ayrılıb.
OLAY yazır ki, bu barədə klub paylaşım edib.
Bildirilib ki, o öz istəyi ilə bu qərarı verib.
Qeyd olunub ki, 2023-cü ilin sentyabrından bu vəzifədə çalışan A.Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb.