Reanimasiyaya yerləşdirilən türk aktyor Murat Cemcir ilk dəfə səhhəti ilə bağlı açıqlama verib.
OLAY yazır ki, o yaşadığı anları bu sözlərlə xatırlayıb:
“Ömrümün keçmək bilməyən ən uzun saatları idi. 3 gecə reanimasiyada qaldıqdan sonra 72 saat gözləməli idim. Başda həkimlərim olmaqla mənimlə maraqlanan tibb bacılarına və bütün xəstəxana kollektivinə təşəkkür edirəm. Başda ailəm və qohumlarım olmaqla məni xəstəxanada ziyarət edən, telefonla zəng edən, mesaj yazan, sevgisini hiss etdirən, mənim üçün dua edən hər kəsə təşəkkür edirəm”.