Müğənni Azad Şabanov əslində cərrah-həkim olmaq istədiyini açıqlayıb.
OLAY yazır ki, o “Mədəni şou”da qonaq olarkən bu barədə danışıb:
“Ailəm həmişə mənə dəstək olub. Anam, da atam da həmişə yanımda olublar.Xüsusən də atam istəyib ki, mən musiqiçi olum. Mən Tibb Universitetinə hazırlaşırdım, ürək-damar cərrahı olmaq istəyirdim. İndi də hansısa həkimə aid nəsə olanda mənə maraqlı gəlir. Amma qismət elə oldu ki, bu işdə davam etdim və buna görə şükür edirəm. Valideynlərim də həmişə mənə dəstək olduğuna görə özümü xoşbəxt insan hesab edirəm.