Məşhur müğənni Mayli Sayrus və sevgilisi Maks Morando münasibətlərini rəsmiləşdirməyə hazırlaşırlar.
OLAY yazır ki, cütlük toy mərasimini artıq qarşıdan gələn həftəsonu Cənubi Kaliforniyada keçirməyi planlaşdırır.
Qarşıdan gələn toy mərasiminin detalları hələlik açıqlanmayıb. Müğənninin özü və nümayəndələri də yayılan məlumatları təsdiqləməyib, toy hazırlıqları ilə bağlı xəbərlərə münasibət bildirməyiblər.
Mayli Sayrus və Maks Morandonun evlənəcəyi ilə bağlı şayiələr bir neçə ay əvvəl gündəmə gəlib. Bu söz-söhbətləri daha da gücləndirən isə müğənninin anası Tiş Sayrus olub.
Belə ki, may ayında Mayli Sayrusun Hollivudun “Şöhrət Xiyabanı”nda ulduzunun açılış mərasimi zamanı anasının təsadüfən qızının yaxınlaşan toyuna işarə etdiyi ehtimal olunur. Tiş qızları ilə birlikdə foto çəkdirərkən “Biz bəyi gətirəcəyik” ifadəsini işlədib.