Müğənni Safura Əlizadə Xalq artisti Aygün Kazımovanın “Best of Aygun 40” albomunda yer alması barədə danışıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşım edib. “Bu sevgi” mahnısını səsləndirən Safura söyləyib ki, Kazımova ona hər zaman dəstək olub:
“Çox sevindirici bir hissdir ki, Aygün xanımın repertuarından mahnı ifa etməyə dəvət edildim. Sirr deyil ki, Aygün xanım mənə həmişə dəstək olub. “Yeni Ulduz” vaxtından mənim yanımda olub. Həmişə deyərdi ki, Safura mənim davamçımdır. Bu isə mənim üçün çox dəyərli idi. Mənim qələbiyyətimdə çox böyük dəstəyi var idi və mən belə şeyləri unutmuram. Aygün xanımı həmişə çox sevmişəm və onun mənim ürəyimdə başqa bir yeri var. Bu sevgi mahnısı da bu gün mənim ifamda səslənəcək. Sevgilər”.
Qeyd edək ki, A.Kazımova illər öncə “ATV maqazin onlarla” proqramında Safuranın hazırkı həyat yoldaşı Fərhad Əliyevlə illər öncə eşq münasibəti yaşadığını etiraf etmişdi. Uzun illər bu müsahibə gündəmdə qalmışdı.