Heyli Biber Castin Biberin “Coachella” çıxışından sonra keçirilən əyləncə məclisinə 20 qızın girişinə icazə verməyib.

OLAY yazır ki, 32 yaşlı müğənni çıxışdan sonra eksklüziv qapalı parti təşkil edib. Cütlük tədbirə yüksəksəviyyəli məşhurları dəvət edib, qonaqlar arasında Kendall Cenner də daxil olmaqla Kardaşyan–Cenner ailəsinin üzvləri də olub.

Məlumata görə, dəvət alan bir çox insan sonradan tədbirə buraxılmayıb. Bildirilir ki, Heyli Biber ərinin afterpartisinə bəzi qonaqların girişini istəməyib və onları qonaq siyahısından çıxarıb.

Bu məlumatı ictimai şəkildə bloqer Zak Kleyton təsdiqləyib: o, videoda bildirib ki, dəvət olunan 20 qız “Heyli-Boss”a görə tədbirə buraxılmayıb.