Türk istehsalı yeni “Ölüm Bizi Ayırana Dek” serialının hazırlıqları davam edir.

OLAY yazır ki, Tolgahan Sayışmanın “Uygar” obrazını canlandıracağı serialda baş qadın obrazı “Azra”ya həyat verəcək aktrisanın Rabia Soytürk olduğu məlum olub.

Serialda güclü iş adamı İzzet Akayın qızı Işıl ilə evli olan inşaat mühəndisi Uygarın hekayəsi ekrana gətiriləcək.

Övladı və həyat yoldaşı ilə kənardan xoşbəxt bir həyat sürdüyü görünən Uygarın həyatı iş səfəri zamanı tanış olduğu müğənni Azra ilə qarşılaşdıqdan sonra tamamilə dəyişir.