Avroviziya təmsilçimiz Dilarə Kazımovanın “Dəli” mahnısı Hollivud filmində yer alıb.

OLAY yazır ki, ifa Liam Nison, Zakari Levi, Elnaz Norouzi və Numan Acarın iştirak etdiyi “The Fix”də  səslənib.

Belə ki, filmin Bakıda çəkilən səhnəsində maşında  Kazımovanın mahnısı dinlənilib.

Mahnının söz və musiqi müəllifi Fidan Alivadır.