Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin oğlunun Ukraynada Rusiyanın hərbi əməliyyatlarında döyüşdüyü bildirilib.
OLAY yazır ki, 55 yaşlı Kristina Orbakaytenin iki oğlu var: müharibə başladıqdan sonra ABŞ-yə köçən 35 yaşlı Nikita Presnyakov və çeçen iş adamı Ruslan Baysarovdan dünyaya gətirdiyi 28 yaşlı Deni Baysarov. İnternetdə hesab edirlər ki, müharibəyə gedən məhz Deni Baysarovdur.