Meqan Markl və şahzadə Harri İngiltərəyə qayıtdıqdan sonra məskunlaşdıqları bölgədə şagird valideynlərinin narazılığına səbəb olublar.

OLAY yazır ki, buna səbəb yerli məktəblərin Sassekslərin uşaqları Arçi və Lilibetlə bağlı valideynlərə xəbərdarlıq məktubları göndərməsi olub.

Sentyabrın əvvəlində cütlüyün xüsusi tələbləri ilə bağlı məlumatlar şayiə kimi müzakirə olunurdu. Lakin indi məktubların həqiqətən göndərildiyini təsdiqlənib. Məktublarda valideynlərdən məxfiliyə ciddi riayət etmələri xahiş olunub və yalnız öz uşaqlarının şəklini çəkməyin vacibliyi xatırladılıb.

Məlumata görə, sərt məhdudiyyətlərin səbəbi yeddi yaşlı Arçi və beş yaşlı Lilibetin məktəbinin ani şəkildə dəyişdirilməsi, həmçinin Meqan Marklın şəxsi telefon nömrəsinin valideynlərin “WhatsApp” qrupundan sızmasıdır. Bildirilir ki, rəsmi xəbərdarlıqlar yalnız cütlüyün uşaqlarının hazırda oxuduğu kənd məktəbinin valideynlərinə deyil, qonşu məktəblərin valideynlərinə də göndərilib.

Bu təhlükəsizlik tədbirləri yerli sakinlərin mənfi reaksiyasına səbəb olub. Onlar yeni qaydaları həddindən artıq və adət etdikləri həyat tərzini pozan tədbirlər adlandırıblar. Valideynlərdən biri bildirib ki, onsuz da hər kəs nəyin icazəli, nəyin isə qadağan olduğunu bilir. Buna görə də məktubların göndərilməsi tamamilə lazımsız addımdır.