Əməkdar artist Elton Hüseynəliyevin instaqram səhifəsi qaytarıla bilmir.

Bu barədə OLAY-a sənətçinin xanımı Tamilla Hüseynəliyeva məlumat verib. O bildirib ki, martın 26-dan bu yana ifaçının instaqram hesabı ələ keçirilib: 

 “Bu işlə məşğul olan bir neçə nəfərə müraciət etmişəm, amma hələ heç birindən xəbər yoxdur. Neçə nəfər üzərində işləyir, təəssüf ki, geri qaytara bilmirik. Hüquq-mühafizə orqanlarına müraciət etmədik. Axı bilmirəm ki, bunu kim edib? Ona görə heç bu barədə düşünməmişəm”.

Qeyd edək ki, Hüseynəliyevin instaqramda 300 minə yaxın izləyicisi var idi. 

Eltonun instaqram səhifəsi qaytarılmır Eltonun instaqram səhifəsi qaytarılmır