Xalq artisti Röya Ayxanın 21 mart - Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq konsertinin tarixi dəyişib.
OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda açıqlama yayıb.
Buna səbəb Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı ölkədə matəm elan olunması olub.
Konsertin yeni tarixi 25 may qərarlaşdırılıb.
Qeyd edək ki, köhnə tarix üçün alınan biletlər yeni tarix üçün də keçərlidir.