Müğənni Rafet El Roman üçüncü dəfə nikah masasına əyləşməyə hazırlaşır.

OLAY yazır ki, Rafet evlilik müjdəsi verərək barmağındakı üzüyü göstərib. Sevgilisi haqqında məlumat verməkdən çəkinən müğənni belə deyib:

“3 ay əvvəl üzük taxdıq. Siz tanımazsınız. Aleyna xanımın rəfiqəsidir. Bir gün buralarda görərsiniz. Özü xaricidir. Əslində xarici də deyil, qardaş ölkəmiz Azərbaycandandır”.