Müğənni NURAN bəzi fotoqraflarla yaşadığı maraqlı hadisədən danışıb.

OLAY yazır ki, bu barədə o, Elnarə Bəkirovanın “İdeyadan uğura” layihəsində açıqlama verib:

“Keçmiş fotoqraf olmağıma baxmayaraq bəzi məclisərdə müəyyən fotoqraflar mən məclisə daxil olanda kameranı aşağı salırlar. Səbəbini bilmirəm ki, niyə belədir? Ölkənin tanınmış fotoqraflarıdır. Bu, mənə təsir etmir. Çox lazım deyil. Mənə yox, məclis sahibinə hörmətsizlikdir. Sənin vəzifə borcundur, çəkməlisən. İki-üç fotoqraf var ki, hər dəfə görürəm, çəkmirlər. Mənim üçün maraqlıdır. Dediyim kimi, ehtiyac üçün demirəm, maraq üçün deyirəm. Səbənini bilmirəm. Həmin fotoqraflar gündəlik həyatda salamlaşdığım insanlardır. Mənə səbəbini yazmasınlar, bəzilərini bloka etmişəm. Belə şeyi sevmirəm. Bir məclisə gediriksə, orada hamımız işçiyik. Hamı pulunu alıb işini icra etməyə gəlir. Kimsə bunu etmirsə, şəxsi nələrləsə yaşayıb, kimimsə məclisindəki artistə hörmətsizlik edirsə, bu peşəkarlıq deyil”.