Bakıda sürücü şlaqbaumu gec açdığına görə yaşlı mühafizəçini döyüb.
OLAY yazır ki, hadisə Xətai rayonu Xocalı prospekti 29 ünvanında baş verib.
Tanınmış aparıcı İlkin Həsəninin Avtosfer.az-a verdiyi məlumata görə, “Mercedes” markalı, 99-ZN-800 dövlət nömrə nişanlı avtomobilin Nəriman adlı sürücüsü martın 1-i məhəllənin girişindəki şlaqbaumu qıraraq həyətə daxil olub.
Bu gün isə ərazidə şlaqbauma nəzarət edən 66 yaşlı mühafizəçini döyüb.
Səbəb kimi isə onu göstərib ki, mühafizəçi şlaqbaumu gec açıb. Ətrafdakı insanların müdaxiləsindən sonra dava sakitləşdirilib. Lakin videodan da aydın olduğu kimi, “Mercedes”in sürücüsü mühafizəçiyə ciddi xəsarətlər yetirib. Sakinlərin bildirdiyinə görə artıq Xətai Rayon Polis İdarəsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.