Müğənni Ayan Babakişiyeva ölümlə üz-üzə gəlib.
OLAY yazır ki, o “Afaqla 10lar” verilişində qonaq olarkən həmin anlardan danışıb:
“İllər əvvəl olub bu hadisə, tanımadığım və məni şəxsən tanımayan bir insan, dostumun dostu deyib ki, o müğənnini bir neçə gündür yuxuda görürəm və o bir həftə içində yox olacaq. Mən inanmamışdım, amma bir neçə gün sonra psixoloji olaraq beynimə saldım. Anidən huşumu itirdim, məni klinikaya apardılar, bütün analizlərdən keçdim, hər şey normal idi. Dərdimi tapa bilmirdilər. 17 saniyə kliniki ölüm keçirdim, ürəyim dayandı. Daxili allergiyam yaranıb, nəfəs ala bilmirdim. Su içirdim, suyu belə qaytarırdım. Öz səsim öz başımı ağrıdırdı. Bəlkə də keçirdiyim stresdən əmələ gəlmişdi. Həmin vaxt ağır dövrlərdən keçirdim. Gənc idim, yaşım az idi. Mən hər gün Allahıma şükür edirəm ki, mənə ömür verdi, övladıma bağışladı”.