Olay
Olay

Bir mahnının üç “adaxlı”sı...

Bir mahnının üç “adaxlı”sı...

Müğənni Günay İbrahimli 2018-ci ildə aldığı “Kabus gecələr” mahnısını ekranlaşdırıb.

OLAY-ın məlumatına görə, lakin Günayadək eyni mahnıya türk sənətçilər Berkay “Ben sadece”, Tarık İster isə “Kabus Geceler” adları ilə klip çəkdiriblər.

İbrahimlinin və Tarık İsterin ifasındakı mahnının müəllifi Zülfi Bədəlov göstərilib, Berkayın “Ben sadece”sinin söz və musiqisinin Sinan Akçıla aid olduğu qeyd edilib, bəstədə Zülfinin də əməyinin olduğu vurğulanıb.

Yeni işindən bəhs edən Günay fikirlərini belə ifadə edib:

“Mahnı artıq bir neçə ildir ki, məndədir. Müəyyən səbəblərdən təqdim edə bilmirdim. Bu ilə qismət imiş. Düşünürəm ki, illər keçsə də, səs dəyişsə də, mahnı heç vaxt dəyişmir. Yaxşı mahnı həmişə yaşayır. Bu ərsəyə gələn iş də, inanıram ki, o mahnılar sırasına aid olar. Mahnı məhz mənim istəyim ilə səsimə uyğun olaraq Zülfi Bədəlov tərəfindən yazılıb. Bizim işbirliyimiz daim yaxşı alınır. Biri-birimizi çox yaxşı başa düşürük”.

Qeyd edək ki, ifaçı ekran işindəki öz obrazı və modellərin stili üzərində özü çalışıb. Klipi isə Delee Oruclu ərsəyə gətirib.