Olay
Olay

Mehin biznesinə şərik axtarır

Mehin biznesinə şərik axtarır

İnfluenser Mehin Oktaylı (iconmekh) biznesinə şərik axtarır.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.

Mehin bildirib ki, işlərinin çoxluğuna və səyahətlərinə görə öz aksesuar brendinə vaxt ayıra bilmir:

“Fiziki işlərimi çatdıra bilmirəm. Həm bloqerlik fəaliyyətimə, həm biznesə, həm də öz şəxsi işlərimə vaxt ayırmaq asan deyil. İşimlə bağlı bir neçə ay Azərbaycanda olmayacağıma görə belə bir qərar almışam. Əgər içinizdə biznesə, bu sahəyə marağı olan, bu işi uğurla idarə edə biləcək, mənimlə ortaqlıq düşünən xanımlar əlaqə saxlaya bilər”.