Olay
Olay

Ruhi Əliyeva yarışmaya münsif oldu

Ruhi Əliyeva yarışmaya münsif oldu

Azərbaycanda “Xəzərin rəqsi” adlanan yeni müsabiqəyə start verilir.

OLAY yazır ki, bu barədə iş xanımı Ruhi Əliyeva məlumat yayıb. R. Əliyeva bildirib ki, özünün də yer aldığı layihədə bir neçə tanınmış sənətçi də münsifdir:

“Dəyərli sənətkarlarımız – Təranə Muradova, Rəşad Haşımov, Elçin Allahverdiyev və Gülməmməd Şahverdiyevlə birgə Sabunçu rayonu üzrə ilk seçim turunu həyata keçirdik. Müsabiqədə fərqlənmək istəyən balaca iştirakçılar şövq, həvəs və həyəcanlı göstəriləri ilə rəqs etməyin necə böyük zövq, möhtəşəm məmnuniyyət olduğunu hər kəsə nümayiş etdirdi.

Bakı şəhər Mədəniyyət Baş İdarəsi başlatdığı bu layihə ilə ən bacarıqlı, ən istedadlı uşaq və yeniyetmələri üzə çıxarıb Azərbaycana və onun hüdudlarından kənarda tanıtdıracaq.

İzləyən hər kəs “Xəzərin rəqsi”nə heyran olacaq”.