Xalq artisti Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olunmasından danışıb.
Bu barədə aktrisa OLAY-a açıqlama verib.
Sənətçi təltif edildiyi üçün Prezident İlham Əliyevə təşəkkür edib:
“Təəssüratlarım çox böyükdür. Sevinirəm. Sevincimi bölüşdürürəm. Cənab Prezidentə, canım Prezidentə öz təşəkkürümü bildirirəm ki, istər xarici, istərsə də daxili siyasətdə işin bu qədər çox olduğu bir anda o mədəniyyətə qayğı göstərməyə vaxt tapır. Ona görə də canım Prezidentə dərin təşəkkürümü bildirirəm. Sağ olsun. Bütün sənət dostlarıma da deyirəm ki, hamı dövlət tərəfindən göstərilən qayğıya öz məsuliyyətini hiss etsin. Azərbaycan mədəniyyəti və incəsənəti dövləti təmsil edən atributdur. Fikrimcə, biz hamımız bu məsuliyyəti hiss etməliyik”.