Bir müddət əvvəl aralarında inciklik olduğu düşünülən Avroviziya təmsilçilərimiz Nadir Rüstəmli və Samirə Əfəndi bir araya gəlib.
OLAY yazır ki, onlar Samirənin Norveç təmsilçisi Tiks üçün təşkil etdiyi partidə görüşüb.
Əfəndi mətbuata açıqlamasında Nadirlə aralarında heç bir problem olmadığını söyləyib:
“Mən Nadiri dəstəkləyirdim. Sadəcə Tikslə getdiyim üçün onun yanında idim. Amma ürəyim hər zaman Azərbaycanladır. Kimin təmsil etdiyindən asılı olmayaraq ölkəmi dəstəkləyirəm. Bu il də Nadir Azərbaycanı uğurlu mahnı ilə çox gözəl təmsil etdi”.
Qeyd edək ki, Rüstəmli daha əvvəl Avroviziyada Samirənin ondan çox Norveçi dəstəklədiyini bildirmişdi.