Bu gün İtaliyanın Turin şəhərində Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalı olacaq.
OLAY yazır ki, “The Sound of Beauty” (Gözəlliyin Səsi) şüarı ilə baş tutan gecədə 17 ölkə təmsilçisi yer alacaq.
Onlar Ukrayna, Yunanıstan, Norveç, Niderland, Ermənistan, Portuqaliya, Albaniya, Moldova, Latviya, İsveçrə, Avstrya, Litva, İslandiya, Xorvatiya, Danimarka, Sloveniya və Bolqarıstandır.
Qeyd edək ki, təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.
***
Avroviziya-2022-nin birinci yarımfinalı başlayıb.
Əvvəl də bildirildiyi kimi, gecədə Mika və Laura Pausini, Alessandro Catelan aparıcılıq edir.
***
Albaniya təmsilçisi Ronela Hajati “Sekret” adlı mahnısı ilə çıxış edib.
***
Latvia təmsilçisi Citi Zeni “Eat Your Salad” öz çıxışını nümayiş etdirib.
***
Litva təmsilçisi Monika Liu da “Sentimentai” mahnısı ilə səhnədə öz yerini alıb.
***
İsveçrə təmsilçisi Marius Bear “Boys do cry” mahnısı ilə səhnə alıb.
***
Sloveniya təmsilçisi LPS “Disko” ilə çıxış edib.
***
Ukraynadan “Kalush Orkestra” da səhnə alıb. Onların səhnələri qeyd edildiyi kimi apolitik olub. Sonda arxa tərəfdə kinetik günəş görünüb. Bu zaman baş solist hər kəsə Ukraynanı dəstəklədikləri üçün təşəkkür edib.
***
Bolqarıstan təmsilçisi İntelligent Music Project “İntention” mahnısı ilə səhnə alıb.
***
Niderland təmsilçisi S 10 “De Diepte” ilə çıxış edib.
***
Moldovadan Zod şi Zdub və Advahov Brothers “Trenuletul”la səhnə alıb.
***
Portuqaliyadan Maro “Saudade Saudade” ilə çıxış edib.
***
Xorvatiyadan Mia Dimsic də öz çıxışını tamamlayıb.
***
Danimarkadan Reddi musiqi qrupu şousunu nümayiş etdirib.
***
Avstriya təmsilçisi də çıxışını bitirib.
***
İslandiya çıxışını tamamladı.
***
Hazırda Yunanıstan təmsilçisi səhnədədir.
***
Norveç təmsilçiləri çıxış edir.
***
Ermənistan təmsilçisi səhnədədir.
***
17 ölkə çıxışını tamamladı, səsvermə başladı.
***
İtaliyanlar səhnədədir! Müxtəlif rəqslər, ritm şousu və musiqi... Avroviziya səhnəsi işıq saçır.
***
Səsvermə sona çatdı.
***
İtaliyanın keçmiş Avroviziya təmsilçisi Diodato səhnə aldı.
***
İtaliyanın builki təmsilçiləri Mahmood və Blanco səhnədədir.
***
Birinci yarımfinalda səsvermə nəticələri açıqlanır.
***
İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova və Niderland finalist adını qazanıb.