Olay
Olay

“Aynur şokdadır, heç nə xatırlamır”

“Aynur şokdadır, heç nə xatırlamır”

“Aynur indi yaxşıdır. Bir az qorxub, özünə gələ bilmir. Hadisə tədbirə gedəndə, Bəkir Çobanzadə küçəsi tərəfdə baş verib. Özü şok keçirdiyi üçün bizə də tam danışa bilməyib”.

Bu sözləri OLAY-a açıqlamasında qəzaya düşən müğənni Aynur Dadaşovanın bacısı İlhamə xanım deyib. O, hadisənin anidən baş verdiyini bildirib:

“Deyir ki, anidən baş verdi, gözləmədən oldu. Xatırlamır. Maşını özü idarə edirdi. Rəhmətlik bacımın qızı da yanında idi. Çoxu onun üçün qorxub ki, nəsə olar. Çünki o əyləşən tərəfdən maşın çox əzilib. Avtomobilin demək olar bir tərəfi, qapıları yoxdur. Şükür ki, özü də, bacımın qızı da salamatdır. Qəza ilə bağlı mən də dəqiq bilmirəm. Yenə də təkrar edirəm ki, Aynur heç nə xatırlamır. Hər halda maşınla bağlı xərc də çox olar”.