Model Günay Musayeva keçmiş həyat yoldaşı Tolqa Karellə bağlı açıqlama verib.

OLAY yazır ki, Günay “Biz bize” verilişində Tolqanın oğlu üçün icazə kağızı göndərmədiyini bildirib. Günay deyib ki, bu məsələ onlar üçün ciddi problem yaradır:

“Əslində bu barədə danışmaq istəmirdim. Amma oğlumun xəyalı üçün danışacağam. Cihangirin viza alması üçün atasından icazə kağızı lazımdır. Haradasa 5 ildir bunun üçün çalışırıq, cavab gəlmir. Hətta Cihangir xəstələndi,  İngiltərədə bir həkimlə danışdım. Atasına yazdım, sağlamlıq problemləri üçün icazə kağızı göndər, göndərmədi. Bundan başqa oğlumun ən böyük xəyalı “Disneyland”ə getməkdir. Mən də Parisə gedib-gəlirəm, deyir, ana, məni də apar. Məktəbdə də sinif yoldaşları deyir ki, ata-anamızla Disneyland-ə getdik. Bir gün ona izah etdim ki, belə bir məsələ var, 18 yaşına qədər icazə kağızı lazımdır. Oğlumun ad günündə atasına səsli mesaj göndərdi, dedi, xəyalımdır, getmək istəyirəm, icazə kağızı göndər. Dedim, bəlkə uşağın səsini eşidər, ad günündə insafa gələr. Amma göndərmədi. Bizim ondan heç vaxt maddi-mənəvi gözləntimiz olmadı. Bu məsələləri aşdıq, çünki  sevgi içdən gələn bir şeydir. Tək istəyimiz, icazə kağızını göndərməsidir. Mən uşağımın xəyalını reallaşdırmaq istəyirəm. Dörd uşağını paylaşır. Beşinci uşağını gözdən çıxarıb, bunlara üzülmürük, artıq keçmişik. Buradan ona deyirəm ki, oğlu olaraq görməsin, bir uşaq xahiş edir, xəyalını reallaşdırmağa kömək edəcəksən. Bunu edə bilərsən. Edəcəyin tək şey sənə yaxın səfirliyə gedib, bir imza atmaqdır. Bu, sənin 5 dəqiqəni alacaq. Ümid edirəm ki, bu dəfə edəcəksən. Bu qədər qəddar olma, insafa gəl, insanlıq üçün et, bir uşağın xəyalını reallaşdırmağa kömək edəcəksən. Etsə, ömür boyu minnətdar olacağıq. Dəfələrlə istəmişik, amma geri dönüş etməyib. Sadəcə bu kağızı göndərməyini istəyirik. Mən oğlumu təkcə Azərbaycana və Gürcüstana apara bilirəm. Orada da pasport yoxlanışında problem olur, sağ olsun Gömrük işçiləri köməklik göstərir. Amma oğlum dünyanı gəzmək istəyir, 18 yaşından sonra bunu edəcəyəm. Sadəcə indi “Disneyland”ə getmək arzusu var. Bəlkə Yeni ili orda keçirdik. Neçə dəfə xahiş etdim, sağlamlıq problemləri oldu, onda da göndərmədi. Bütün mesajları oxuyub geri dönüş etmir”.