Olay
Olay

İmzaladıqları müqavilə illər sonra ortaya çıxdı

İmzaladıqları müqavilə illər sonra ortaya çıxdı

2015-ci ildə 7 illik evliliklərini bitirən model Çağla Şikel və müğənni Emre Altuğ barədə yeni iddia ortaya atılıb.

OLAY yazır ki, cütlüyün boşandıqdan sonra övladlarının təsirlənməməsi üçün “sevgili” müqaviləsi bağladıqları deyilir.

Bu müqaviləyə əsasən, onlar mediaya yeni sevgililəri ilə görüntü verməməlidirlər. 

Əgər iki tərəfdən biri sözügedən müqavilənin şərtini pozsa, yüklü miqdarda təzminat ödəməlidir.

Xatırladaq ki, Çağla və Emrenin iki oğlu var. Cütlük sevgi münasibətini bitirsə də, tez-tez övladları üçün bir araya gəlir.