Olay
Olay

Tatlıses özündən 49 yaş kiçik qızla sevgilidir?

Tatlıses özündən 49 yaş kiçik qızla sevgilidir?

“İmperator” ləqəbli məşhur müğənni İbrahim Tatlısesin özündən 49 yaş kiçik Berka Güllə eşq yaşadığı iddia edilib.

OLAY yazır ki, sənətçi haqqında çıxan xəbərləri təkzib edib.

Bu barədə ifaçının köməkçisi “Söylemezsem olmaz” verilişinin canlı yayımına qoşularaq bildirib.

“Berka Tatlısesin sevgilisi deyil, köməkçisidir. Yemək yeməsinə kömək edir. Onu mənim yerimə təyin ediblər. Berka çox gəncdir və hüquq fakültəsi tələbəsidir. Onun haqqında bu cür xəbərlər səsləndirmək düzgün deyil. Hər Tatlısesin yanında görünən qadının sevgilisi kimi təqdim edilməsi hamımızı narahat edir”, - deyə, köməkçisi Tatlısesin adından qeyd edib.