Olay
Olay

Azərbaycanlı fotoqraf 36 yaşında vəfat etdi

Azərbaycanlı fotoqraf 36 yaşında vəfat etdi

Azərbaycan Fotoqraflar Birliyinin üzvü, fotoqraf Şamil Talıbov 36 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. Ş.Talıbovun ürəktutmasından həyatını itirdiyi bildirilir.

Mərhumun evli və bir qız atası olduğu söylənilib.