2024 “Eurovision” qalibi Nemo mükafatı - kristal mikrofonu geri qaytarıb.

OLAY yazır ki, İsveçrəni təmsil edən Nemo İsrailin müsabiqədə iştirak etməyə davam etməsinə etiraz kimi bu addımı atıb.

Nemo paylaşdığı videoda İsrailin yarışmaya daxil edilməsini etirazla qarşıladığını və buna görə ötən il qazandığı “Eurovision” mükafatını geri verdiyini açıqlayıb.