Olay
Olay

“Altın Kelebek”dən imtina etdi

“Altın Kelebek”dən imtina etdi

Türkiyənin məşhur prodüseri Armağan Çağlayan “Altın Kelebek” mükafatından namizədliyini geri çəkib.

OLAY yazır ki, bu barədə Armağan sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Komanda yoldaşlarımın da təstiqi ilə heç bir mükafatın izləyici tərəfindən bizə verilən dəyərdən daha əhəmiyyətli olmadığına qərar verdik. “Altın Kelebek” namizədliyindən imtina edirik”, - deyə, Çağlayan vurğulayıb.

Xatırladaq ki, mükafatlandırma gecəsi 4 dekabrda baş tutacaq.