Olay
Olay

Zorla Cəmilənin evinə girmək istədilər

Zorla Cəmilənin evinə girmək istədilər

Aktrisa Cəmilə Tağızadənin başına iş gəlib. Belə ki, gecə saatlarında bir qrup şəxs sənətçinin evinə zorla girməyə çalışıb.  

OLAY yazır ki, bu barədə Cəmilə sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, həmin şəxslər su idarəsindən gəldiklərini söyləyiblər:

“Artıq ikinci dəfədir baş verir. Bununla bağlı polisə müraciət edəcəyəm. Bizim evdə sayğac çöldə deyil, içəridədir. Zorla evə daxil olmağa çalışırdılar. Halbuki günorta saatlarında gəlib yoxlayıblar. Axşam da yenidən gəliblər”.