Əməkdar artist Elza Seyidcahana qarşı zor tədbiq edən Rüstəm Kərimzadənin növbəti məhkəməsi baş tutub.
OLAY yazır ki, sentyabrın 29-da Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində 1 aylıq həbs qərarı çıxarılıb. O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.
E.Seyidcahan məsələ ilə bağlı axşam.az-a açıqlama verib. O bildirib ki, həmin şəxs ona və anasına hücum edərək onları döyüb:
"Faiq Azayev onlara zəng vurub tapşırır ki, onlara zor tətbiq edin, obyekti bizə versinlər. Mən də 21-ci polis bölməsinə şikayət etdim. Ötən gün Rüstəm Kərimzadə törətdiyi hadisəyə görə həbs edildi.
İyunda məkanımıza gəlib, anama hücum etdi. Anamın üstünə təcili yardım gəlmişdi. Onun pis əməli bununla bitmədi. Anam məkanımızn üstünə elanlar yapışdırmışdı, gəlib onları cırıb, anamı küt alətlə vurub, itələyib. daha sonra mənə də hücum edib, vurub. Bizi hədəliyirdi ki, Faiqin həbsdən çıxmasına az qalıb, gəlib başınıza oyun açacaq. Bu adam həbs edilib, ordan zəng vurub camaatın uşaqlarını öyrədib, bizi hədələyir. Axırda da belə həbs olunurlar. Bizə deyirdi ki, qarşıma ailənizdəki kişiləri çıxarın, polisə niyə şikayət edirsiniz ki...
21-ci polis bölməsinin əməkdaşlarına, şikayətimizə baxanlara təşəkkür edirəm. Haqlı qərar verdikləri üçün çox sağ olsunlar. Bizim 44 günlük vətən müharibəmizin ildönümüdür. Bu ərəfədə belə mövzularla gündəmə gəlmək istəməzdim. Mənə hazırda bu problemi qabartmaq yaraşmaz. Mən şəhid analarının yanında olmağa çalışıram, yeni mahnılar yazdırıram".