İncəsənət
İncəsənət

Sevda Hikməti, Hikmət də Səmimini polisə verdi

Sevda Hikməti, Hikmət də Səmimini polisə verdi

Bir neçə gün bundan əvvəl Səmimi Fərhadla əlbəyaxa davada adı hallanan aktyor Hikmət Rəhimov hüquq-mühafizə orqanlarına müraciət edib.  

OLAY-ın əldə etdiyi məlumata görə, aktyor S.Fərhad tərəfindən hücuma məruz qaldığını iddia edərək polisə şikayətçi olub.  

Bununla yanaşı, H. Rəhimov və kino tənqidçi Sevda Sultanova arasında da qalmaqal yaşanıb. Buna S. Sultanovanın köşə yazısında ona irad bildirməsi səbəb olub. Aktyor isə tənqidçinin ünvanına təhqiramiz şərh yazıb, daha sonra silib. S.Sultanova H.Rəhimovu polisə şikayət edib.  

Kino tənqidçi OLAY-a açıqlamasında hadisəni təsdiq edib, istintaq yekunlaşdıqdan sonra açıqlama yayacağını bildirib:

“İstəyirəm ki, Hikmət Rəhimova statusunu müəyyənləşdirməkdə kömək edim. Özü üçün aydınlaşdırsın ki, aktyordur, ya qoçu. Tənqidi məqalə yazmışamsa, ona adekvat, mədəni arqumentlərlə incəsənət insanı kimi cavab versin. Lakin təhqir etməsinə icazə verə bilmərəm. Sənət aləmində də bilinsin ki, hər adam ağlına gələni danışıb, kimsəni təhqir edə bilməz”.

OLAY hər iki məsələ barədə Hikmət Rəhimovla əlaqə saxlayıb. Aktyor mövzu barədə danışmaq istəmədiyini söyləyib.

Samirə Ərəblinski