Teleaparıcı-jurnalist Kseniya Sobçak və rejissor əri Konstantin Boqomolov Rusiyada qismən səfərbərlik elan edildikdən sonra ölkəni tərk edib.
OLAY yazır ki, bu barədə Rusiya KİV-i və Teleqram kanalları məlumat yayıb.
K. Sobçak bu barədə İnstaqram sosial şəbəkəsindəki səhifəsində şərh yayıb və orada qeyd edib ki, o, ayda iki dəfə İsrailə getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirməli olub: “Mən Rusiyadayam, vətənimin yanındayam. Mən burada doğulmuşam və bura mənim torpağımdır. Kədərdə də, sevincdə də”.
Kseniya Sobçak “sevdiyi ölkəsi üçün çox incidiyini” vurğulayır: “Biz həqiqətən müasir tarixin ən çətin dövrünü yaşayırıq. Allah Rusiyanı bütün bunlardan sağ çıxarsın və parçalanmasın. Hamımızın gücümüz var”.
Öz növbəsində Konstantin Boqomolov İsrailə mühacirətlə bağlı məlumatları “teleqram zibilliklərindən yorucu cəfəngiyyat” adlandırıb: “Ailəm, qohumlarım və özüm Rusiyadayıq. Biz olmuşuq, varıq və olacağıq. Biz yaşayırıq və işləyirik. Və başqa heç nə”.