Şair Nazilə Səfərli erməni təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qohumları ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, şəhid və qardaşını tək qoyduqları üçün onlara irad bildirib. Nazilənin postuna bir izləyicisi bu şərhi yazıb:
“Nazilə xanım, siz də kənardan pis baldız, gəlinin başına oyun açan, qardaş balasına soyuq görünürsüz. Görəsən eləsiniz, hər şey görünən kimidir?!”.
Nazilə həmin rəyi cavabsız qoymayıb:
“Mən o qədər cahil deyiləm ki, qardaş arvadı, gəlinin işinə burun soxan baldız olam. Heç öz gəliminin evinə ayda bir qonaq getməyə vaxtım olmur. O dediyiniz işi məndən pul qoparmaq üçün efirə çıxarmışdılar. Göründüyü kimi deyil. Sizdən incimirəm, gördüyünüz saxtakarlar ağlamaqla insanları inandırmağa çalışırdılar. Unutmayın, qardaşın arvadı boşandıqdan sonra uşaqları göstərmir və hər gün baldızdan görmədiyi uşaqlara şantajla pul ala bilməz. Başına gəlməyən də bu vəziyyəti anlamaz”.
Qeyd edək ki, Nazilə Səfərlinin qardaşının keçmiş xanımı Pərvanə Xoşqədəm Hidayətqızının verilişində şairənin ailəsi haqda qalmaqallı açıqlamalar vermişdi.
O, 3 illik həyat yoldaşından boşanmasında baldızlarının və qaynanasının əli olduğunu söyləmişdi. Pərvanə Nazilə Səfərlidən kömək istədiyini, ama heç bir yardım görmədiyini bildirmişdi.