Olay
Olay

Aysundan ayrılıq paylaşımı

Aysundan ayrılıq paylaşımı

Bir müddətdir həyat yoldaşı Eşqin Cəlilovdan ayrıldığı iddia olunan müğənni Aysun İsmayılovanın növbəti paylaşımı diqqət çəkib.

OLAY yazır ki, onun instaqramın hekayə bölümündə türk dilində paylaşdığı sözlər şayiələrin çoxalmasına səbəb olub.

“Kitabın sonu belə bitirdi: O ilk gördüyü, tanıdığı, güvəndiyi, sevdiyi insan deyildi artıq! Sevən yanılmış, sevilən yad olmuşdu”, - deyə, Aysun yazıb.

Qeyd edək ki, cütlük bir neçə gün əvvəl instaqramda bir-birini izləmədən çıxarmışdı. Həmçinin, Aysun birgə paylaşımları silmiş, Cəlilov soyadını da profilindən götürmüşdü.