Aktyor İbrahim Çingiz və aktrisa Aydan Axundzadənin övladı dünyaya gələcək.
OLAY yazır ki, bu barədə İbrahim Yutubda yayımlanan “Qırmızı” layihəsində məlumat verib.
O, övladının cinsini və adını isə açıqlamaq istəməyib.
Qeyd edək ki, İ.Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur. O, 2021-ci ilin avqustunda evlənib. “Vicdan haqqı” serialı ilə məşhurlaşan İbrahim hazırda “Yuxu kimi” layihəsində baş rolu canlandırır.