Olay
Olay

İçkili Burak Nilperini söydü

İçkili Burak Nilperini söydü

Türk aktyor Burak Deniz serial çəkilişi üçün getdiyi Adanada dava edib.

OLAY yazır ki, o, gecə saatlarında qaldığı oteldə gərginlik yaşayıb.

Belə ki, həmin oteldə olan aktrisa Nilperi Şahinkayının sevgilisi Emre Yusufi ilə əyləşdiyi masaya dəfələrlə gedib-gəlib. İçkili olduğu deyilən Denizdən narahat olan Şahinkaya masadan qalxıb. Bundan sonra Buraka Nilperinin arxasında təhqiramiz ifadələr səsləndirib.

Şahinkayanın sevgilisi təhqirlərə görə Burakın üzərinə hücum çəkib. Onları Yusufinin dostu ayırıb.

Amma B. Denizin sakitləşmədiyi və “Mənə vuracaqsan? Vur” deyə qışqırdığı bildirilib. Bundan başqa, onun Şahinkaya və sevgilisi ilə daha əvvəldən tanış olmadığını da söylənilib.

Qeyd edək ki, B. Deniz Serenay Sarıkaya ilə rol aldığı “Şahmaran” serialının çəkilişləri üçün Adanadadır.