Olay
Olay

Vida mərasimi keçirilir

Vida mərasimi keçirilir

Bu gün Böyük Britaniya parlamentinin binasında Kraliça II Elizabet ilə çoxgünlük vida mərasiminə başlanılıb.

OLAY yazır ki, mərasimdə kral III Çarlz və monarxın digər övladları olan şahzadə Anna, York hersoqu Endryu və Uesseks qrafı Edvard da iştirak ediblər. 

Qeyd edək ki, bu günlərdə Londonun Vestminster Sarayının girişi 24 saat açıq olacaq və Kraliçaya ehtiramını bildirmək istəyən hər kəs saraya girə biləcək. 

Onu da bildirək ki, ll Elizabet sentyabrın 19-da dəfn olunacaq.