WOW
WOW

Kraliça ll Elizabet kinolarda... 

Kraliça ll Elizabet kinolarda... 

Ən uzun müddət hakimiyyətdə olan Britaniya monarxı Kraliça ll Elizabet dünən 96 yaşında dünyasını dəyişib.

70 ildir taxtda olan ll Elizabetin həyatı isə media üçün hər zaman maraqlı olub. Kraliçanın həyatı məşhur seriallarla yanaşı, televiziya parodiyalarının da mövzusu olub.

OLAY ən çox sevilən Kraliça ll Elizabet rolunu canlandıran aktyorları və layihələri təqdim edir:

1. Helen Mirren

Helen “The Queen” filmində Kraliça rolunu canlandırıb və bu performansına görə 2007-ci ildə “Ən yaxşı aktrisa” Oskarını qazanıb.

2. Cennate Çarlz

Çarlz əsasən komediya janrında olan istehsallarda Kraliça rolunu oynayıb.  

3. Karol Burnett 

“The Karol Burnett Show”da komediya ustası Karol Kraliça ll Elizabeti canlandıraraq həmin serialda dəfələrlə kral ailəsi mövzusuna toxunub.

4. Prunella Skales

Prunella “A Question of Attribution” tamaşasının həm səhnə, həm də televiziya formatında rol alaraq Kraliçanın həyatını canlandırıb.

5. “Saturday Night Live”(Canlı şənbə gecəsi)

“Saturday Night Live” adlı şouda Kraliça rolunu Meyk Myers, Fred Armisen, Con Cusak, Con Lovitz və Keyt McKinnon canlandırıb.

6. Cune Squibb

Cune Squibb “7 Days in Hell”(Cəhənnəmdə 7 gün) filmində Kraliçanı canlandırıb.

7. Penelope Uilton

Penelope isə “The BFG” filmində Kraliça roluna həyat verib.

8. Cessica Ellerbi

Cessica “Pennyworth” serialında ll Elizabetin gəncliyini canlandırırıb.

9. Stella Qonet

Kristen Stüardın Şəhzadə Diananı canlandırdığı “Spencer” filmində ll Elizabet roluna Stella Qonet həyat verirdi.

10. Kler Foy

“The Crown” serialında Kraliçanın gəncliyini canlandıran Kler bu rola görə “Emmi” qazanıb.

11. Olivya Kolman 

Olivya “The Crown” serialının 4-cü sezonunda canlandırdığı Kraliça rolu ilə “Emmi” mükafatı qazanıb.

12. İmelda Staunton

İmelda Staunton isə “The Crown” serialının növbəti mövsümündə Kraliça ll Elizabet rolunu canlandıracaq.