Olay
Olay

Coni və Bahh Tee başsağlığı verdi

Coni və Bahh Tee başsağlığı verdi

Rusiya və MDB ölkələrində populyar olan azərbaycanlı müğənnilər Cahid Hüseynli(Coni) və Bəxtiyar Əliyev(Bahh Tee) Azərbaycanla bağlı paylaşım edib.

OLAY yazır ki, qısa müddət əvvəl Kəlbəcərdə əsgərlər qarşısında çıxış edən sənətçilər Ermənistan təxribatı nəticəsində şəhid olan hərbçilərimizlə bağlı ölkəmizə başsağlığı verib.

Hər iki müğənni paylaşımında “Başın sağ olsun, Vətən! Allah şəhidlərimizə rəhmət eləsin!”, - deyə, qeyd edib.