Aparıcı Ülvira Qarayevanın avtomobilinə hücum olunub.
OLAY yazır ki, bu barədə o, özü məlumat verib.
Qarayeva şüşələri parçalanmış maşınının fotolarını yayaraq bunları yazıb:
“Səhərüzü məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınımdan bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar. Polis çağırdıq, Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdu, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar. Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb, gedəcəksən?”.